Məxfilik Siyasəti

Sizin təhlükəsizliyiniz bizim üçün önəmlidir. Bu səbəbdən bizimlə paylaşdığınız şəxsi məlumatlar
diqqətlə qorunur.
Biz, edum.az olaraq, bu məxfilik və fərdi məlumatların qorunması siyasəti ilə sizin şəxsi
məlumatlarınızın necə işlənəcəyini, kimlərlə və nə məqsədlə paylaşılacağını, məlumatların necə
qorunduğunu və bunun hüquqi əsaslarını izah edirik. Həmçinin, işlənmiş məlumatlarınızla bağlı
hüquqlarınızı da sizə bildirmək istəyirik.

Toplanan şəxsi məlumatlarınız, toplama üsulu və hüquqi səbəbi

Kimlik (isim, soyad, doğum tarixi və s.), əlaqə (ünvan, e-poçt ünvanı, telefon, IP, yer və s.),
şəxsi, sosial media, maliyyə məlumatlarınız qeydə alınacaq, saxlanacaq və yenilənəcəkdir. Bu
proses, aramızdakı xidmət və müqavilə münasibətləri çərçivəsində və müddətində, qanuni
maraq şərtlərinə əsaslanaraq həyata keçiriləcəkdir.

Şəxsi Məlumatlarınızın İstifadə Məqsədi

Bizimlə paylaşdığınız şəxsi məlumatlarınız; sizə xidmətlərimizdən yararlanma imkanı yaratmaq,
xidmətlərin tələblərini yerinə yetirmək, sizin hüquqlarınızı qorumaq, məhsul və xidmətlərimizi
sizin ehtiyaclarınıza uyğun inkişaf etdirmək və sizə bu inkişaflardan xəbər vermək, həmçinin sizə
geniş xidmət təqdim edən provayderlərlə qanuni çərçivədə əlaqə yaratmaq və qanunvericilik
tələblərini yerinə yetirmək məqsədilə, xidmət müddətində məqsədəuyğun və lazımlı şəkildə
istifadə ediləcək və yenilənəcəkdir.
Sizə tələblərinizə uyğun xidmət göstərə bilmək üçün yalnız lazım olan şəxsi məlumatlarınızı bu
gizlilik və şəxsi məlumatların emalı siyasətinə uyğun olaraq işləyəcəyik. Bu məlumatların
işlənməsini qəbul edib-etməmək sizin ixtiyarınızdadır. Saytı istifadə etməyə davam etsəniz,
bunu qəbul etdiyiniz hesab ediləcək. Daha ətraflı məlumat üçün bizimlə [email protected] e-mail
ünvanı vasitəsilə əlaqə saxlamaqdan çəkinməyin.